AZ
Video yüklə

Canavarlar kəndə hücum etdi

102 baxış Hadisə və olaylar
Oğuzda canavarlar kəndə hücum edərək xırdabuynuzlu heyvanları parçalayıb.

APA TV-nin məlumatına görə, hadisə gecə saatlarında rayonun Bayan kəndində qeydə alınıb.

Kəndə hücum edən canavarlar kənd sakini Vidadi Umarovun yaşadığı evin həyətyanı sahəsindəki tövləyə girib.

Canavarlar tövlədə olan 19 baş xırdabuynuzlu heyvana xəsarət yetirib, onlardan 16-sı tələf olub.

Təsərrüfat sahibi hadisə ilə bağlı müvafiq qurumlara müraciət edib.

Canavarların parçaladığı heyvanlar kəndin ərazisində baytarlıq təlimatlarına uyğun olaraq basdırılıb, ərazi dezinfeksiya edilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.