AZ
Video yüklə

Binəqədidə 1 ildir ekskalator işləmir

23 baxış Hadisə və olaylar
Bakının Binəqədi rayonu, Azadlıq prospekti 191-də yerləşən 4-cü Polis Bölməsinin qarşısındakı piyada keçidində 1 ildir ekskalatorlar işləmir.

Bu barədə Axar.az-a ərazidə yaşayan sakinlərin şikayəti daxil olub.

Sakinlər bildiriblər ki, ekskalatorların işləməməsi ilə əlaqədar dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyətinə şikayət edilsə də, 1 ildir baxan yoxdur.

Piyada keçidində gün ərzində müşahidə apardıq. Məlum oldu ki, ekskalatorun işləməməsi yaşlılar və məktəblilər üçün daha çox çətinlik yaradır.

Məsələ ilə bağlı Binəqədi İH-yə sorğu göndərilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.