AZ
Video yüklə
Bərdədə silahlı insident

Bu video hazırda oynadıla bilmir.

Bərdədə silahlı insident

551 baxış Hadisə və olaylar
Bərdədə silahlı insident olub, yaralanan var.

Gundem.az xəbər verir ki, hadisə bu gün axsam saatlarında Bərdə şəhəri, 26-lar adlanan ünvanda qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Report-a bildirilib ki, 1978-ci il təvəllüdlü Ruhi Məmmədov şəxsi münasibətlər zəminində öz qonşusu 1993-cü il təvəllüdlü Elşad Məmmədova ov tüfəngindən atəş açaraq xəsarət yetirib.

E.Məmmədov xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.

R.Məmmədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.