AZ
Video yüklə

Bakıda sürücülər qaydaları belə pozdular

138 baxış Hadisə və olaylar
Bakıda qaydalara məhəl qoymayaraq avtomobil idarə edən sürücülər kameraya düşüb.



YPX.AZ xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində baş verib.



Belə ki, hərəkət istiqamətində sıxlıq olduğunu görən bəzi sürücülər yol hərəkəti qaydalarına məhəl qoymadan əks yola çıxaraq yollarına davam ediblər. Daha sonra köməkçi yoldan yolun hərəkət hissəsinə çıxan digər sürücü isə bir neçə metr irəlidə 1.11 nişanlanma xəttinin olmasına baxmayaraq 1.3 nişanlanma xəttinin tələbini pozaraq dönmə əməliyyatı edir və bu zaman qarşıdan gələn digər hərəkət iştirakçılarını nəzərə almayaraq yoluna davam edir.







Sözügedən görüntülər digər hərəkət iştirakçısının kamerası ilə video qeydə alınıb.



Həmin görüntüləri sizlərə təqdim edirik:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.