AZ
Video yüklə

Bakıda qadın sürücülər qəza törədib, xəsarət alan var

11 baxış Hadisə və olaylar
Bakının Nəsimi rayonunda yol nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, avtoqəza paytaxtın Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində qeydə alınıb.

DİN İsmayıllıda qadının döyülməsi ilə bağlı məsələni nəzarətə götürüb
Yol ayrıcında “Nissan” markalı avtomobili idarə edən xanım sürücü digər eyni markalı avtomobili idarə edən xanıma yol verməyib.

Toqquşma zamanı sürücülərdən biri xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, sözügedən ərazidə gün ərzində üçüncü dəfədir yol qəzası baş verir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.