Bakıda məşhur otel yandı
1 796 baxış
Hadisə və olaylar
Bakıda tanınmış istirahət mərkəzində yanğın baş verib. APA TV-nin xəbərinə görə, hadisə Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən "Lake Palace" otel-restoranında qeydə alınıb.
Hadisə barədə FHN-in yanğından mühafizə xidmətinə məlumat verilib. Əraziyə nazirliyin yanğın söndürən maşınları və canlı qüvvəsi cəlb olunub. İlkin məlumata əsasən, yanğın otelin havalandırma sistemində qeydə alınıb.
Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər alovun qarşısını alıb. Yanğın zamanı xəsarət alan, tüstüdən zəhərlənən olmayıb.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.