Bakıda “Mazda” taksiyə çırpıldı
167 baxış
Hadisə və olaylar
Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV xəbər verir ki, hadisə Neftçilər prospektində qeydə alınıb. Fərid Mahmudovun idarə etdiyi “Mazda” markalı avtomobilin qarşısına anidən taksi fəaliyyəti ilə məşğul “Kia” markalı avtomobil çıxıb. Zərbənin gücündən taksidə olan iki sərnişin xəsarət alıb. Əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.