AZ
Video yüklə

Bakıda iki maşın toqquşub - 3 nəfər xəsarət alıb

94 baxış Hadisə və olaylar
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.



Trend-in məlumatına görə, hadisə Binəqədi rayonu, Biləcəri - Baksol yolunda qeydə alınıb. Minik avtomobili ötmə əməliyyatını edərkən qarşıdan gələn digər nəqliyyat vasitəsi ilə toqquşub. Toqquşmanın gücündən hər iki avtomobil yararsız vəziyyətə düşüb. Qəza zamanı üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.



Hadisə şahidləri bildiriblər ki, qəza səbəbindən adıçəkilən yolda qısamüddətli tıxac yaranıb. Qəza yenirə Dövlət Yol Patrul xidmətinin əməkdaşları cəlb olunublar.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.