Bakıda gecə dəhşət: Yaralılar var
521 baxış
Hadisə və olaylar
Bakının Nizami rayonunda ağır yol-nəqliyyatı hadisəsi baş verib . APA TV xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb. Belə ki, “Hyundai” markalı maşının sürücüsü işıqforla tənzimlənən yol ayrıcından keçərkən əvvəlcə “Daewoo” daha sonra “Toyota” və “Mercedes” markalı avtomobillərə çırpılıb. Qəza nəticəsində 4 avtomobil yararsız hala düşüb.”Hyundai” markalı avtomobilin sürücüsü və sərnişini Fərəcova Sarabəyim Rəhim qızı ağır bədən xəsarətləri alıb. Yaralılar 3 nömrəli Sabunçu xəstəxanasına yerləşdirilib. Əraziyə Nizami Rayon Polis İdarəsinin və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Sürücülərin izahatı alınıb. Hadisənin dəqiq səbəbləri yaxınlıqdakı müşahidə kameralarının lentə aldığı görüntülərə baxıldıqdan sonra məlum olacaq. Deformasiyaya uğrayan avtomobillər evakuator vasitəsilə cərimə meydançasına yerləşdirilib.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.