Bakıda binanın eyvanları uçdu, piyada canını son anda qurtardı
214 baxış
Hadisə və olaylar
Nərimanov rayonunda beşmərtəbəli binanın üç mərtəbəsinin eyvanı uçub.
YPX.AZ xəbər verir ki, hadisə Nərimanov rayonu, Təbriz 172 ünvanında baş verib.
Belə ki, beşmərtəbəli binanın dördüncü mərtəbəsinin eyvanı uçub. Uçan eyvan binanın üçüncü və ikinci mərtəbələrinin də eyvanlarının uçmasına səbəb olub. Eyvanın söküntüləri piyada səkisinə tökülüb.
Hadisə şahidlərinin bildirdiyinə görə, eyvan uçan zaman bir nəfər səkinin həmin hissəsindən keçirmiş, uçan eyvanın səsini eşidən şəxs dərhal həmin yerdən uzaqlaşıb. Xoşbəxtlikdən hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib və təhlükəsizlik təmin olunub.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.