AZ
Video yüklə

Bakı metrosunda baş verən dava ilə bağlı rəsmi açıqlama

582 baxış Hadisə və olaylar
Bakı metrosunun “Gənclik” stansiyasında dava düşüb.

“Qafqazinfo”nun Oxu.az-a istinadən məlumatına görə, hadisə saat 18:37-də baş verib.

Bir neçə nəfər naməlum səbəblərdən dava edib və stansiyada sıxlıq yaşanıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib.

Onun sözlərinə görə, qatara minən və düşən sərnişinlər arasında mübahisə düşüb:

“İki sərnişin mübahisə edib. İnsident böyüdüyü üçün metropoliten işçiləri və polis əməkdaşları vəziyyətə müdaxilə edib. Sərnişinlər hazırda ifadə verir. Daha ətraflı məlumat veriləcək”.

***

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hər iki sərnişin barışdırıcı mövqedə olduğundan onlar polis bölməsinə aparılmayıblar, məsələ həll edilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.