Badamdarda yenə torpaq sürüşməsi baş verib
64 baxış
Hadisə və olaylar
Badamdar sürüşmə sahəsində yenidən torpaq sürüşməsi baş verib.Bu gün səhər saatlarında baş verən sürüşmə nəticəsindəyaşayış massivini 20-ci sahə ilə birləşdirən yol bağlanıb.Hazırda ərazidə sürüşmə prosesində aktivlik müşahidə edilir.Aidiyyatı qurumlar ərazidə monitorinqlər həyata keçirir.
Badamdarda yenə torpaq sürüşməsi baş verib.
Hadisə nəticəsində torpaq kütləsi qoparaq avtomobil yolunu tamamilə bağlayıb yaxınlıqdakı restoranın hasarı torpağın altında qlıb.
Ekologiya və təbii sərvətlər nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən verilənməlumata görə sürüşməyə səbəb atmosfer çöküntülərinin artması olub.Hazırda nazirliyin əməkdaşları ərazidə monitorinqlər həyata keçirir.
Sürüşmə ilə bağlı yol polisi də sürücülərə müraciət edib.Sürücülərdən alternativ yol kimi Azneft dairəsi ərazisindən və Badamdar qəsəbəsinin içərisindən hərəkət etmələri tövsiyyə olunur.
Sürüşmə ilə bağlı coğrafiya institutunun əməkdaşları da hadisə yerində olub. Tədqiqatçılar bildirib ki,Son vaxtlar yol ətrafı qruntda baş vermiş aktivlik tam şəkildə antropogen təsirin nəticəsidir. Ərazinin intensiv mənimsənilməsi, tikinti normativlərinə əməl edilməməsi, sürüşmə zonasının həddən artıq yüklənməsi, kanalizasiya xətlərinin olmaması, yeni yolların salınmasında buraxılmış səhvlər və s. ümumu tarazlığın pozulmasına və ərazidə sürüşməyə meylli kütlənin aktivləşməsinə gətirib çıxarıb. Belə aktivləşmədə təbii amillərin təsiridaha az ehtimal olunur.
Qeyd edək ki, ərazidə sonuncu dəfə 2018-ci ilin oktyabrın 12-də sürüşmə baş vermişdi.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.