Azərbaycanlı aktyor koronavirusdan öldü
279 baxış
Hadisə və olaylar
Azərbaycan teatr ictimaiyyətinə itki üz verib. Bu barədə YUĞ Teatrının “Facebook” hesabında məlumat yerləşdirilib. Qeyd edilib ki, YUĞ Teatrının keçmiş direktoru Cərayıl İsrafilov 69 yaşında vəfat edib. O, 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu dram-kino aktyoru ixtisası üzrə bitirib. Kurs yoldaşları ilə birgə elə həmin il dekabrın 6-da açılışı olan Lənkəran Dram Teatrının truppasının ilk üzvlərindən olub. Bu teatrın səhnəsində müxtəlif maraqlı obrazlar yaradıb. 1991-2007-ci illərdə “YUĞ” Teatrının direktoru vəzifəsində çalışıb. C.İsrafilov professor İsrafil İsrafilovun və YUĞ Dövlət Teatrının aktyoru, Əməkdar artist Fərhad İsrafilovun qardaşıdır. İ.İsrafilov APA-ya verdiyi açıqlamada bildirib ki, qardaşı C.İsrafilov koronavirusdan vəfat edib.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.