AZ
Video yüklə
Azərbaycanda yoluxma sayı 500-ü keçdi

Bu video hazırda oynadıla bilmir.

Azərbaycanda yoluxma sayı 500-ü keçdi

1 119 baxış Hadisə və olaylar
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 515 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 237 775 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 116 nəfər müalicə olunaraq sağalıb, 3 257 nəfər vəfat edib, aktiv xəstə sayı 4 402-dir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 462, bu günə qədər isə ümumilikdə 2 671 613 test icra olunub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.