Bu video hazırda oynadıla bilmir.
Azərbaycanda sutka ərzində 2 735 yeni yoluxma faktı qeydə alınıb
659 baxış
Hadisə və olaylar
Azərbaycanda bu gün koronavirus infeksiyasına 2 735 yeni yoluxma faktı qeydə alınıb, 1 374 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. "Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 28 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 89 898 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 62 243 nəfər müalicə olunaraq sağalıb, 1 107 nəfər vəfat edib, aktiv xəstələrin sayı 26 548 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 220, ötən müddət ərzində isə ümumilikdə 1 592 280 test aparılıb.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.