AZ
Video yüklə

Azərbaycanda qatar qəzaya uğradı

976 baxış Hadisə və olaylar
Yevlaxda sərnişin qatarının qəzaya düşməsi barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən rəsmi məlumat verilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın "Report"un yerli bürosuna verdiyi məlumata görə, dekabrın 30-da, saat 03:15 radələrində Ləki-Yevlax mənzilinin 257-ci kilometrliyində, piket 10-da ATEF şirkətlər qrupuna məxsus universal nəqliyyat vasitəsi keçiddən keçərkən texniki nasazlıq yaranıb və nəqliyyat vasitəsinin mühərriki sönərək keçiddə qalıb. Nəticədə toqquşma hadisəsi baş verib. Hadisə zamanı xəsarət alan olmayib.

Hadisənin nəticələri bir neçə saat ərzində aradan qaldırılıb və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti həmin ərazidə nəzərdə tutulan maksimal sürətlə fəaliyyətini tam bərpa edib. Qəza səbəbindən həmin istiqamətdə hərəkət edən qatarların mənzil başına çatmasında 2-3 saat gecikmələr baş verib.

"Həmin istiqamət üzrə hərəkət edən qatarların hərəkəti tam bərpa olunub, heç bir mədudiyyət tətbiq olunmur və hazırda qatarlar gündəlik qrafik üzrə hərəkət edirlər", - deyə bildirilib.

***11:39

Yevlax rayonunda sərnişin qatarı qəzaya uğrayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında baş verib.

"Bakı - Böyük Kəsik" reysi üzrə hərəkətdə olan sərnişin qatarı ikiyollu nəqliyyat vasitəsinə çırpılıb. Hadisəyə səbəb isə ikiyollu nəqliyyat vasitəsinin texniki problemi olub. Bu səbəbdən də nəqliyyat vasitəsi işə düşməyib. Bu zaman sərnişin qatarı ona çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, qəza səbəbindən qatar son stansiyaya 2 saat gecikmə ilə çatıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.