Azərbaycanda qadın abort zamanı öldü
36 baxış
Hadisə və olaylar
Sumqayıtda qadın abort zamanı öldü - Həkim işdən çıxarıldı
Fevralın 16-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 saylı xəstəxanada qadın abort zamanı dünyasını dəyişib.
Bununla bağlı Oxu.Az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, beş aylıq hamilə qadın abort zamanı ölüb.
Hadisədən sonra 1978-ci il təvəllüdlü Ç.N.-ni abort edən həkim Gülnarə Təkləvi işdən uzaqlaşdırılıb.
Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. İstintaq yekununda həkimin təqsiri təsdiqlənərsə, ona müvafiq cəza veriləcək.
Qeyd edək ki, bu barədə ilk məlumatı
xəbərlə.com saytı yayıb. Ölən qadın iki uşaq anası olub. Saytın yazdığına görə, hadisədən sonra həkim G.Təkləvi affekt vəziyyətinə düşüb, intihara cəhd edib.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.