AZ
Video yüklə
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Bu video hazırda oynadıla bilmir.

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

1 032 baxış Hadisə və olaylar
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 209 yeni yoluxma faktı qeydə alınıb, 437 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib. Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb. Ölkədə son sutka ərzində 7 060, hazırkı dövrədək isə 2 387 134 test aparılıb. Azərbaycanda indiyədək ümumilikdə 229 793 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 222 154 nəfər müalicə olunaraq sağalıb, 3 113 nəfər vəfat edib, aktiv xəstə sayı 4 526 nəfərdir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.