AZ
Video yüklə

Azərbaycanda güclü yanğın başladı

143 baxış Hadisə və olaylar
4 fevral 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində istismarı dayandırılmış neft quyusunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Azerforum.com AZSABAH.COM-a bildirir ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Köpük əmələgətirən maddədən istifadə edilməklə görülmüş operativ tədbirlər sayəsində yanğın qısa zamanda söndürülərək ciddi fəsadların qarşısı alınıb.

Hazırda ərazidə aidiyyəti qurumlar tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülür.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.