AZ
Video yüklə
Azərbaycanda dəhşətli qəza - Ölənlər var

Bu video hazırda oynadıla bilmir.

Azərbaycanda dəhşətli qəza - Ölənlər var

500 baxış Hadisə və olaylar
İmişlidə iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Sfera.az-ın "Report”a istinadən məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Ağaməmmədli kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini, 1986-cı il təvəllüdlü Bayramov Xanlar Xasməmməd oğlu idarə etdiyi “VAZ-21015” markalı avtomobillə hərəkətdə
olarkən qarşısına çıxan itlə tülkünü vurub. Bu zaman avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsu hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, rayon sakini, 1974-cü il təvəllüdlü Bayramov Fariz Gülməmməd oğlu xəstəxanaya çatıdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.