Azərbaycanda dəhşətli hadisə: iki nəfər öldü
39 baxış
Hadisə və olaylar
Şəkidə bir ailənin dörd üzvü yol qəzasına düşüb, ikisi ölüb, daha ikisi isə xəsarət alıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun Kövər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı şəhəri Nəsimi rayon sakini, 1987-ci il təvəllüdlü Emin Rəsulzadənin idarə etdiyi "KİA SPORTAGE" markalı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə avtomobildə sərnişin qismində olan sürücünün həyat yoldaşı, 1982-ci il təvəllüdlü Səbinə Rəsulzadə və övladı 2019-cu il təvəllüdlü Eldaq Rəsulzadə hadisə yerində ölüb. Sürücü Emin Rəsulzadə və övladı 2013-cü il təvəllüdlü Nəzrin Rəsulzadə xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.