AZ
Video yüklə

Azərbaycanda bədbəxt hadisə: Ölən var

107 baxış Hadisə və olaylar
Ucarda 2-ci sinif şagirdi bədbəxt hadisə nəticəsində ölüb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Təzə Şilyan kənd sakini, 2014-cü il təvəllüdlü Eltun Ağazadə həyətlərində mişar daşlarının üstündə oynayarkən yıxılıb.

Ağır kəllə-beyin xəsarətləri alan məktəbli Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Zərərçəkənin vəziyyəti ağır olduğundan o Bakıya gətirilərkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.