AZ
Video yüklə

Avtomobil qoyun sürüsünü vurub

23 baxış Hadisə və olaylar
Zaqatalada minik avtomobili yaylağa köç edən qoyun sürüsünü vurub.

APA TV-nin məlumatına görə, hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Nəticədə 30 başdan çox xırdabuynuzlu tələf olub, 40 başa yaxın isə xəsarət alıb . Qəza zamanı minik avtomobilinə ziyan dəysə də, sürücü xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.