AZ
Video yüklə

Ağsuda qəzaya uğrayan maşından həkim belə çıxarıldı (18+)

837 baxış Hadisə və olaylar
İki gün bundan əvvəl Ağsu rayonunda həkimin ağır yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin dəhşətli görüntüləri yayılıb.

A24.Az xəbər verir ki, görüntülərdə qəza zamanı aşan avtomobildən yaralı sürücünün çıxarılması əks olunub.

Qeyd edək ki, yanvarın 5-də rayonun H.Əliyev prospektində Ağsu şəhər sakini Heydərov Rahim Heydər oğlu idarə etdiyi 99 EL 959 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobil ilə qəza törədib. Onun vəziyyətinin ağır olduğundan Bakı şəhərində yerləşən Travmatologiya İnstituna yerləşdirilib. Hazırda vəziyyəti orta ağırdır.

Qeyd edək ki, R.Heydərov Ağsu Şəhər Mərkəzi Xəstəxanasında həkim işləyir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.