Ağstafada güclü sel körpünü dağıdıb
36 baxış
Hadisə və olaylar
Ağstafada güclü yağış bəzi fəsadlar törədib. APA-nın yerli bürosunun məlumatına görə, rayonun Yuxarı Göycəli kəndində Həsən su çayının üzərində yerləşən körpünü sel aparıb. Körpüdən Köçü Əsgər və Eynallı, Yuxarı Göycəli ,Tatlı, Köhnə Qışlaq və Yaradullu kəndlərinin sakinləri istifadə edirlər. Hazırda aidiyyəti qurumların nümayəndələri hadisə yerinə cəlb olunub. Bundan başqa, Yuxarı Göycəli kəndində də 2 körpünü sel aparıb.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.