AZ
Video yüklə

Ağır qəzada yaralananların son vəziyyəti

16 baxış Hadisə və olaylar
Hadisə nəticəsində 5 nəfər həyatını itirib. Onların bir hissəsi Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Sabunçu Tibb Mərkəzinə 17 müraciət olub.

11 nəfər hospitalizasiya olunub yaralılar müxtəlif, əsasən də, kəllə-beyin, döş qəfəsinin travması, yuxarı ətrafların zədələnməsi ilə bağlı zədələr alıblar.

Yaralıların qohumları onlar barədə məlumat almaq üçün xəstəxananın qabağında məlumat gözləyirdilər. Hətta orada həmin marşrut xəttindən istifadə edən övladından nigaran qalan valideynlər də var idi.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakıda Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Mərdəkan istiqamətində hərəkətdə olan yük avtomobili 171 sərnişin avtobusuna çırpılıb.İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.