AZ
Video yüklə

AĞDAŞDA ŞOK- 15 yaşlı qız faciəvi şəkildə öldü

452 baxış Hadisə və olaylar
Ağdaş rayonunda şagird bədbəxt hadisə nəticəsində ölüb. APA TV-nin yerli bürosunun xəbərinə görə bədbəxt hadisə rayonun Orta Ləki kəndində qeydə alınıb.

Orta Ləki kənd orta məktəbinin 10-cu sinif şagirdi, 2002-ci il təvəllüdlü Mehriban Mehman qızı Osmanova yaşadığı evin həyətindəki turnikdə idman edən zaman ehtiyatsızlıq səbəbindən yerə yıxılıb və başı betona çırpılıb.

Hadisə zamanı ağır kəllə-beyin travması alan Mehriban Osmanovanı valideynləri təcili yardım stansiyasının avtomobili ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.