AZ
Video yüklə

"8 noyabr" prospektində hərəkət dayandı

3 baxış Hadisə və olaylar
Bakının “8 noyabr” prospektində hərəkət tamamilə dayanıb.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yayılan görüntülərdə qeyd olunub. Videodan da görünür ki, prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən başlayan sıxlıq və hərəkətsizlik təxminən 1.5-2 kilometr məsafədə uzanır.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, həmin prospektdə qeydə alınan sıxlıq hərəkətin daha intensiv olduğu digər yolda sərbəst hərəkətlə bağlıdır:

“Belə hallar tez-tez olur. Bakıda hərəkəti tənzimləmək üçün daha çox sıxlıq olan yolda yol patrol xidməti əməkdaşları tərəfindən hərəkət sərbəst edilir. Bu səbəblə də, həmin yolla kəsişən digər yolda məcburi olaraq hərəktə dayandırılır. Lakin bu müddət çox qısa müddət ərzində baş verir və tezliklə də qapadılan yolda hərəkət açıq olur”.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.