AZ
Video yüklə

73 yaşlı qadın qəzada öldü

1 339 baxış Hadisə və olaylar
Yaşlı qadın sürət həddini aşaraq qəza törədib.

Oxu24.com xəbər verir ki, dramatik görüntülər ABŞ-ın Missuri ştatından gəlib. 73 yaşlı sürücü idarəetməni itirib - yol hasarına çırpılıb.

Bundan sonra avtomobil saatda 160 kilometr sürətlə bir yaşayış binasının fasadını söküb, daha bir neçəsinə ziyan vurub. Təqaüdçü dünyasını dəyişib.

Polisin bildirdiyinə görə, sükan arxasında olan qadın qəfildən pisləşib və o, artıq hərəkətlərinə hakim ola bilməyib qaz pedalına basıb.

Hadisə yerindən videonu təqdim edirik:



Tərcümə: Miri Məcidli

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.