3 uşağının boğazını kəsən ananın ifadəsi hər kəsi dəhşətə gətirdi
533 baxış
Hadisə və olaylar
Adanada 3 uşağının boğazını kəsərək öldürən cani ananın məhkəmədəki ifadəsi hər kəsi dəhşətə gətirib.
MS Xeber Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səlma Cicə bildirib ki, ərinin ona etdiklərinin heyfini uşaqlarından çıxıb, daha sonra da özünü öldürmək istəyib: “ İlk öncə özümü öldürəcəkdim. Sonra düşündüm ki, mən öləndən sonra uşaqlarım pərişan olacaqlar. Ona görə ilk öncə uşaqları öldürüb intihar etmək qərarına gəldim. İlk öncə qapıları bağladım.
Uşaqlar o zaman yatırdı. Onları yuxudan oyandırıb, mətbəxdən bıçaq götürdüm. Uşaqlar bıçağı görüncə "Ana, onu neyləyirsən?" deyə soruşdular. Mən də sizi bir yerə aparıb, sonra da mən gələcəyəm dedim. Onları koridora gətirib bir-bir boğazlarını kəsdim. Sonra da biləklərimi kəsib ölməyimi gözlədim. Bir anlıq əsəblə oldu. Çox peşmanam”.
Qeyd edək ki, 26 yaşlı Selma Cicə həyat yoldaşı ilə mübahisə etdikdən sonra 6 yaşlı Mahmud, 11 yaşlı Məhmət Əmini və 9 yaşlı Səmanuru vəhşicəsinə öldürərək intihar etmişdi. Bir gün reanimasiyada qalan qadın məhkəmədə ilk açıqlamasında "Onlar da mənim kimi rəzil olmasın deyə kəsdim" deyə bildirib.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.