AZ
Video yüklə

17 yaşlı oğlan sevgilisini tarlaya çağırdı - Və sonra...

53 baxış Hadisə və olaylar
Türkiyənin Bolu şəhərində gənc oğlan ayrılmaq istədiyi qızı bıçaqlayıb.

Hadisə Bolunun Sarıcalar məhəlləsində boş tarlada baş verib. 17 yaşlı E.Ş adlı şəxs ondan ayrılmaq istəyən 16 yaşlı E.Y adlı gənc qızı qarnından bıçaqlayıb.

Hadisə yerinə gələn polislər oğlanı həbs edib. Gənc qız isə dərhal xəstəxanaya aparılıb.

Polisdə dindirilən oğlan hadisədən çox peşman olduğunu bildirib:

"Məndən ayrılmaq istədiyini dedi. Mən də həyatında başqasının olub-olmadığını soruşdum. Mübahisə etməyə başladıq. Cibimdəki bıçağı çıxarıb qarnına vurdum. Çox peşmanam”.

Polis araşdırmaya davam edir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.