AZ
Video yüklə

Zolağı düz seçməyən sürücü qəzadan son anda xilas oldu

493 baxış Avto-Moto xəbərlər
Paytaxtın Abdulla Şaiq küçəsində hərəkət edən "Hyundai Sonata" markalı avtomobilin sürücüsü geriyə hərəkət təşkil edilmiş zolaqdan düzünə gedərkən qəzaya düşəcəkdi. Avtosfer.az xəbər verir ki, həmin yerdə həm zolaqlar üzrə 1.18 nişanlanma xətti, həm də 5.8.1 nişanı mövcuddur. Lakin sürücü bunlara əhəmiyyət verməyərək həmin zolaqdan düzünə hərəkət etmək istəyib. Bu zaman qarşısındakı avtomobil sola dönən an sürücü ayırıcı zolaqla toqquşacağını görüb qəfil sağa manevr etdi.

Xoşbəxtlikdən sağ zolaqda avtomobil olmayıb. Beləliklə sürücü qəzadan son anda yayına bilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.