AZ
Video yüklə

Sürücülərə vacib xəbər: Bahalaşma olacaq

462 baxış Avto-Moto xəbərlər
Azərbaycanda nəqliyyat vasitələrinin texniki baxışdan keçirlməsinə görə dövlət rüsumu 20 manatdan, 30 manata qaldırılması təklif edilir.



Xezerxeber.az-ın məlumatına görə, dəyişiklik təklifi millət vəkilləri tərəfindən qəbul edilərsə qərar növbəti ildən qüvvəyə minəcək.





Artımla bağlı təklifləri şərh edən Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov texniki baxış sisteminin təkmilləşdirildiyini və bir sıra yeniliklərin olacağını bildirib.





Ehsan Zahidov artımın olacağı təqdirdə belə ölkəmizdə yeni rüsumun qonşu ölkələrlə müqayisədə aşağı olacağını bildirib.





Qeyd edək ki, layihə Milli Məclisin sentyabrın 30-da keçiriləcək ilk plenar iclasında müzakirə olunacaq.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.