AZ
Video yüklə

Sürücü 9 bal 1000 manatlıq qayda pozdu- 90 KX 189

751 baxış Avto-Moto xəbərlər
Bakıda yük avtomobili ilə kobud qayda pozan sürücünün videosunu oxuculardan biri redaksiyamızın elektron ünvanına göndərib.

Avtosfer.az xəbər verir ki, mayın 25-i paytaxtın Şirin Mirzəyev küçəsi ilə hərəkət edən 90-KX-183 qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobilinin sürücüsü svetotoforun qırmızı işığında hərəkət edərək yolayrıcına daxil olub.

Daha sonra o, növbəti yolayrıcında da svetoforun qadağanedici işığında yolayrıcına daxil olub və eyni zamanda düzünə məcburi hərəkət istiqaməti nişanına məhəl qoymayaraq qadağan olunmuş istiqamətə dönüb.



Qeyd edək ki, sürücü həmin vaxt qadağan olunmuş çoxavazlı səs siqnalından da istifadə edib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.