Sükanı ayağı ilə idarə etdi
411 baxış
Avto-Moto xəbərlər
Türkiyənin İzmir vilayətində avtomobilin üstünə çıxaraq sükanı ayağı ilə idarə edən sürücünün görüntüləri həvəskar kamera tərəfindən qeydə alınıb. Avtosfer.az DHA agentliyinə istinadən məlumat verir ki, hadisə Karşıyaka rayonunuda baş verib. Kadrlarda, 09 LZ 840 qeydiyyat nömrə nişanlı “Mercedes” maraklı minik avtomobilinin hərəkətdə olduğu və sürücü ilə sərnişinin lyukdan çıxaraq maşının damında oturduğu görülür. Bundan sonra bir ayağı ilə avtomobili idarə edən sürücü, digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atır və bu cür təhlükəli hərəkətlər bir müddət də davam edir. Namiq Musayev
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.