Sabunçuda yol polisi reydlərə başladı
1 151 baxış
Avto-Moto xəbərlər
Sabuncu rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi, sürücü və piyadaların maarifləndirilməsi üçün təbliğat işlərinə start verilib. Avtosfer.az xəbər verir ki, bu gün DYPŞ əməkdaşları rayonun intensiv hərəkət olan küçələrində təbliğat xarakterli reyd keçirib. Reyd zamanı əsas diqqət dayanma-durma qaydalarını kobud şəkildə pozan sürücülərə və keçiddən istifdə etməyən piyadalara yönəlib. Avtomobili qadağan olunmuş yerlərdə saxlayan sürücülərlə maarifləndirici söhbətlər aparan yol polisi əməkdaşları bu cür xətanın digər hərəkət iştirakçılarına təhlükə yaratdığını, yolda hərəkət intensivliyinə təsir etdiyini qeyd ediblər. Bildirilib ki, parklanmanın qadağan olunduğu ərazilərə nəzarət daha da gücləndiriləcək, qayda pozan sürücülər cərimə ediləcəklər.
Piyadaların yol hərəkəti qaydalarını pozması nəticəsində yaranan təhlükəli vəziyyətləri aşkar edən DYP əməkdaşları bir neçə piyada barəsində inzibati tənbiri seçməli olub. Çünki həmin piyadalar qayda pozduqlarını etiraf etsə də, özlərini haqlı çıxarmağa çalışıblar. Hətta piyadalardan biri polis əməkdaşlarının yanında keçiddən istifadə etməsini belə izah edib ki, reyd olduğunu bilməyib: “Sizi gördüm, amma reyd olduğunu bilmirdim”.
Başqa bir piyada isə yerüstü keçiddən istifadə etməməsini səhhətindəki problemlə əlaqələndirib.
Reyd zamanı keçiddən istifadə etməyən idman müəllimi də saxlanılıb. Başqalarına pis nümunə olmaq əvəzinə keçidin düz 30 metrliyindən keçən həmin piyadaya cərimə yazılıb.
Reyd zamanı moped sürücüləri də saxlanılıb. Onlardan biri dəbilqəsiz halda moped sürdüyü üçün cərimə edilib. Dəbilqəsiz halda sərnişin qismində mopedə əyləşən şəxsə isə xəbərdarlıq olunub.
Yol polisləri daha sonra Zabrat qəsbəsində məşhur “Ayxan” marketin və Sabunçu bazarının qarşısında da reyd keçiriblər. Qayda pozan sürücülər cəzalandırılıb, nəqliyyatın intensiv hərəkəti təmin olunub.
Sabunçu körpüsünün yanındakı yerüstü keçidin altında yerləşən avtobus dayanacağının yeri dəyişdirilsə də, avtobuslar yenə də darısqal hissədə dayanaraq sərnişinləri mindirib düşürür. Üstəlik, həmin ərazidə taksilər xaotik vəziyyət yaradır. Yol polisinin müdaxiləsindən sonra vəziyyət nəzarətə götürüldü. Avtobuslar dayanacaqda dayandı. Lakin polislər gedən kimi yenidən xaos yarandığı üçün Sabunçu DYP Şöbəsinin əməkdaşları ərazini daim nəzarətdə saxlayacaqlarını bildirdilər.
Tədbirlər davam edir.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.