AZ
Video yüklə
Şabrandakı qəzada yaralananlar var

Bu video hazırda oynadıla bilmir.

Şabrandakı qəzada yaralananlar var

302 baxış Avto-Moto xəbərlər
Şabran rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

7Times.az-ın Şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Rəhimli kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobili ilə “Ford” markalı yük avtomobilinin toqquşması nəticəsində 3 nəfər yaralanıb.

Xəsarət alan Ramiz Şahbazov, Xədicə Şahbazova və Xalidə Rəcəbova xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırmalar aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.