AZ
Video yüklə

'Prius' sürücüsü hoqqabazlığını videoya çəkdi

449 baxış Avto-Moto xəbərlər
Sərnişin yerində əyləşən sürücü yolda təhlükəli vəziyyət yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə Bakı şəhərində baş verib. "Prius" markalı avtomobilin sürücüsü məsuliyyətsiz şəkildə avtomobili hərəkət halında qoyaraq, sərnişin oturacağına keçib. Hətta bu anı lentə alaraq, sosial şəbəkələrdə paylaşıb. Minik maşınının taksi olduğu da ehtimal edilir. Son dövrlər baş verən yol qəzalarının böyük bir hissəsi "Prius" markalı avtomobillərin payına düşür.
Bildiririk ki, bu kimi hallara yol vermək qanunla qadağandır. Sürücüləri avtomobillə daha məsuliyyətli davranmağa çağırırıq.
Həmin videonu təqdim edirik.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.