AZ
Video yüklə

Nömrəsiz "07"ni “Tik-Tok"da paylaşdı - həbs edildi-30 sutka

1 067 baxış Avto-Moto xəbərlər
Paytaxt əraizisində konstruksiya dəyişikliyi edilmiş dövlət qeydiyyat nişanı olmayan avtomobili idarə edərək sosial şəbəkədə paylaşan sürücü müəyyən olunub.

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi əməkdaşları tərəfindən həmin sürücü V.Güləliyev idarə etdiyi konstruksiya dəyişikliyi edilmiş dövlət qeydiyyat nişanı olmayan “VAZ- 2107” markalı nəqliyyat vasitəsi ilə rayon ərazisində hərəkətdə olarkən saxlanılıb.

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə 1 il sürücülük hüququndan məhrum edilməklə 30 sutka inzibati qaydada həbs edilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.