AZ
Video yüklə

Marşrut avtobusunda “ödəniş” davası

612 baxış Avto-Moto xəbərlər
Türkiyənin İstanbul şəhərində sərnişin avtobusun şüşəsini qırıb. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, hadisə Esenyurt rayonunda qeydə alınıb. İddiaya görə, bir şəxs ailəsi ilə birlikdə uşağına aid endirim kartından istifadə edərək marşrut avtobusuna minib. Ancaq kartda ödəniş az olduğundan gediş haqqını nağd pulla ödəmək istəyən zaman, sürücü buna etiraz edib. Sürücünün “nağd pul qəbul etmirik” sözlərinə əsəbiləşən şəxs bir müddət hay-küy salıb, digər sərnişinlər tərəfindən aşağı endirilib. Lakin əsəbləri heç cür cilovlaya bilməyən sərnişin bu dəfə avtobusun şüşəsini sındırıb.
Namiq Musayev

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.