Əfsanəvi patrul maşını: Ford Mustang Mach 1
83 baxış
Avto-Moto xəbərlər
Avtomobillər tükənməz bir mövzudur. Avtomobil
həvəskarları hər il yenilənmiş, son model idman canavarlarına maraq göstərməklə
yanaşı keçmiş dövrlərin cizgilərini, texnologiyasını özündə əks etdirən “Retro”
avtomobillərə də böyük maraq göstərirlər.
Təxminən yarım əsr əvvəl, Yapon avtomobil sənayesi
idman avtomobilləri ilə ön plana çıxa bilmədiyi zamanlarda, ölkə yol polisi,
digər ölkələrin, o cümlədən də ABŞ-ın avtomobilləri ilə təmin edilməyə
başlanılmışdı. Onların arasında çox maraqlı nümunələri görmək mümkündür. Məsələn,
1973-cü il istehsalı olan Ford Mustang Mach 1 idman avtomobili.
Avtomobil 18 iyun 1973-cü ildə Toçigi-ken yol
polisi şöbəsinə bağışlanıb. 10 ildən çox polisdə xidmət edən bu avtomobil, 26
yanvar 1984-cü ildə xidmətdən ayrılıb.
Patrul avtomobilinin böyük, qırmızı sayrışan
işıqları o dövrün atmosferini özündə çox gözəl əks etdirir. Yaponiyada bir çox
avtomobillərdə sükan çarxı salonun sağ hissəsində yerləşsə də, bu patrul
avtomobilində sükan çarxı orjinal olaraq salonunun solunda yerləşib.
“Qoca Canavar”ın hələ də saxlanıldığı muzeydə
orjinallığı qoruluraq saxlanılıb. Bamperinin üzərindəki 'Toko' və 'Marubeni'
etiketləri hələ də ilk günki kimi üzərindədir. Avtomobilin qarşısında yerləşdirilmiş
lövhəcikdə isə patrul avtomobilinin xidmətə başlama və xidmətdən çıxma tarixləri
əks olunub.
Avromobilin şüşəsinin üzərindəki etiketdə isə
avtomobilin qurğuşun benzin ilə işlədiyi qeyd edilib.
10 illərin keçməsinə baxmayaraq muzeydə nümaiş
etdirilən “Qoca Canavar”ın cavan və sağlam görünüşü qorunaraq saxlanılıb.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.