AZ
Video yüklə
DYP bu sürücülərə xəbərdarlıq etdi

Bu video hazırda oynadıla bilmir.

DYP bu sürücülərə xəbərdarlıq etdi

676 baxış Avto-Moto xəbərlər
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi dayanma-durma qaydalarını pozan sürücülərə xəbərdarlıq edib.

Sfera.az xəbər verir ki, idarənin təbliğat üzrə inspektoru, polis leytenantı Rüstəm Əhmədli paytaxt ərazisində DYP tərəfindən nəzarət-profilaktiki tədbirlərin davam etdirildiyini bildirib.

O qeyd edib ki, bu kimi növbəti tədbir paytaxtın Yasamal rayonunda keçirilib:

"Tədbirlər əsasən, dayanma-durma qaydalarını pozan sürücülərlə profilaktiki söhbətlər aparmaqdır. Sürücülərimizdən xahiş edirik ki, nəqliyyat vasitələrini təyin edilmiş yerlərdə, dayanma-durma qaydalarına riayət etməklə park etsinlər. Onlar avtobus zolaqlarında nəqliyyat vasitələrini qeyri-qanuni park edərək ictimai nəqliyyata maneçilik törətməsinlər. Sürücülər bilməlidirlər ki, nəqliyyat vasitələrinin düzgün qaydada park edilməməsi süni sıxlıqların yaranmasına, digər hərəkət iştirakçılarının vaxtında mənzil başına çatmasına maneəçilik törədir”.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.