AZ
Video yüklə

Bakıda 8 dəqiqə ərzində 3 qayda pozuntusu kameraya düşdü

1 591 baxış Avto-Moto xəbərlər
Sentyabrın 21-də 8 dəqiqə ərzində Bakıda bir neçə sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Oxu.Az avtosfer.az-a istinadən xəbər verir ki, belə ki, "Lexus GS 300" markalı 90-DA-099 qeydiyyat nişanlı avtomobilin sürücüsü Yasamal rayonu, Nazim Hikmət küçəsində 1.3 xəttinin tələbini pozaraq tam olaraq əks istiqamətdə yüksək sürətlə hərəkət edərkən qeydə alınıb.

Həmin tarixdə Mirəli Seyidov küçəsindən gələn "Opel Antara" markalı 90-ZN-634 qeydiyyat nişanlı avtomobilin xanım sürücüsü yolun əksi istiqamətində axına qarşı hərəkət edərək Nazim Hikmət küçəsinə daxil olaraq "ASAN xidmət" mərkəzi tərəfə getmək istəyib.

Bakının Mikayıl Müşviq küçəsiylə Parlament prospektinin kəsişməsində düzünə hərəkət təşkil olunnuş zolaqda hərəkət edən "Samand Soren" markalı 90-TN-381 qeydiyyat nişanlı avtomobilin sürücüsü düzünə hərəkət etmək əvəzinə sol zolaqdan birbaşa sağa dönərək bir neçə avtomobilə maneə yaradıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.