Dünya azarkeşlərin bu hərəkətindən danışır

  • Bu gün 11:32
  • 0

Yaponiya milli futbol komandasının azarkeşləri yenidən dünya ictimaiyyətinin diqqətin çəkiblər.

Ucnoqta.az DÇ-2026-nın qrup mərhələsi çərçivəsində Niderland və Yaponiya yığma komandaları arasında keçirilmiş oyundan sonra yaponiyalı fanatlar tribunadakı yerlərini tərk etməzdən əvvəl ərazilərini təmizləyiblər. FİFA-nın yaydığı görüntülərdə onların zibil yığması və oturacaqları səliqəyə salması əks olunub.

Beynəlxalq futbol qurumu onların bu hərəkətini alqışlayıb.