Qadın balta ilə sürücülərə hücum etdi

  • Bu gün 13:14
  • 0

Rusiyanın Kaluqa vilayətinin Balabanovo şəhərində əlində balta olan qadının sürücülərə hücum etməsi təhlükəsizlik kameraları və şahidlərin telefonları ilə lentə alınıb.

Ucnoqta.az xarici KİV-ə istinadən xəbər verir ki, görüntülər "Baza" Telegram kanalında paylaşılıb. Kadrlarda qadının yol kənarında hərəkətdə olan və dayanmış avtomobillərə balta ilə zərbələr endirdiyi əks olunub.

Məlumata görə, hadisə nəticəsində ən azı 10 avtomobilə ziyan dəyib. Hadisənin səbəbi hələlik açıqlanmayıb.

Bildirilir ki, hüquq-mühafizə orqanları qadının saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Nə düşünürsən?