"Arzum999" ləqəbli tiktokerin həbsinə səbəb ilə bağlı daha bir görüntülər yayılıb.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Belə ki, görüntülərdə qəzadan sonra canlı yayıb açılıb, 103-ə məlumat verildiyi qeyd olunur.
Qeyd edək ki, Xəzər Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan "Arzum 999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
Hökmə əsasən, İlduzə Hacıyeva cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 5 il 2 ay azadlıqdan məhrum edilib.






























