Polis generalı saxlayıb üzü üstə asfalta yıxdı

  • 17.04.2024
  • 0

Dağıstanda Çeçenistanın fövqəladə hallar naziri, general-mayor Əlixan Cakaev saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baza Telegram-da məlumat yayıb.

Polis Tsakayevi aprelin 14-də tutub. O, Novolakski rayonundakı Gerzel keçid məntəqəsinin yaxınlığında qara rəngli avtomobilindən çıxarılaraq üzü üstə asfalta uzadılıb. General-mayorun yanında heç bir sənəd olmayıb.

Nazirin tezliklə tibbi müayinədən keçmədən evə buraxıldığı qeyd edilir.

Nə düşünürsən?