Nura Suri açdı sandığı....

  • 30.04.2024
  • 0

Müğənni Nura Suri ad çəkmədən kişi həmkarının onu toylardan kənarlaşdırdığını açıqlayıb.

Xəbərin var?” proqramının qonağı olan sənətçi uzun illərdir ki, bir həmkarının bunu dəfələrlə etdiyini bildirib:

“O, həmişə elədir, daim kimisə məclisdən “burur”, çağırmaq istəyənə deyir ki, “əşi, neynirsən onu ?” və s. Ancaq öz ətrafından olanların məclislərə getməyini istəyir, xasiyyəti belədir, bütün şou-biznes də, məclis yiyələri də bunu bilir. Özü bilsin, Allahı bilsin. Bu barədə sübutlarım da var. Mənim sübutum olmasa, heç kim haqda danışmaram. Özünə də üzbəüz gələndə demişəm. Aramızda keçən dialoqu isə efirdən açıqlamayacağam. 
Bunu niyə edirlər anlamıram. Mən reinkarnasiyaya inanan adamam, ona görə o biri həyatıma özümlə borc aparmaq istəmirəm. Məndən kimi soruşurlarsa, deyirəm ki, əladır, çağır. 


Bu yaxınlarda eyni hərəkət başqa bir kişi müğənni tərəfindən Səidə Sultana qarşı da edildi. Bu sonradan bizim qulağımıza gəlib çatdı. Hərəkəti edirlər, amma düşünmürlər ki, toy yiyəsi bunu başqasının yanında danışacaq və həmin mövzu bizim də qulağımıza gəlib çatacaq. 
Hər kəs Səidə Sultanın oxumağına da, enerjisinə də bələddir, adam gözünü açandan oxuyur, gecə də oyadıb filan mahnını oxu desən, oxuyar. Məclisə girdiyi anda enerjisi ilə hər kəsi coşdurur. Yəqin elə buna görə də gözləri götürmür və onu toylardan “vurmaq” istəyirlər”.  

Nə düşünürsən?