ADSEA magistral yoldakı suyu "lapatka" kənarlaşdırır

  • Bu gün 17:37
  • 0

Ölkə ərazisində ötən gündən yağan yağıntılar bir sıra yerlərdə fəsadlar törədib. Belə ki, Bakı və Abşeron yarımadasına yağan intensiv yağışlar nəticəsində yolları, bəzi qəsəbələrdə isə evləri su basıb. Aidiyyatı qurumlar fəsadların aradan qaldırılması üçün müvafiq tədbirlər görürlər.

Ucnoqta.az xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (ADSEA) Suraxanı rayonu Zığ qəsəbəsi ərazisindən keçən magistral yolun yağış sularından təmizlənməsi ilə bağlı yaydığı görüntülər isə tənqid olunub. Belə ki, magistral yolda ADSEA işçisinin "lapatka" ilə yoldan suyu kənarlaşdırılması müzakirələrə səbəb olub.
Həmçinin, Yasamal rayonu İnşaatçılar metrosu istiqamətində yığılmış suyun yaşayış binalarını həyətinə buraxılması da sakinlərin narazılığına səbəb olub. 

Qeyd edək ki, səhər saatlarından Bakı və Abşeronun bəzi ərazilərində elektrik enerjisi və su təchizatı da kəsilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Hidrometrologiya Xidmətinin məlumatına görə hazırda Bakı və Abşeron yarımadasına yağan intensiv xarakterli yağıntının miqdarı 104 mm qeydə alınıb ki, bu da aylıq normanın 440 faizini ( təxminən (dörd dəfədən çox) təşkil edir.

Nə düşünürsən?