“Sabah” "Qarabağ"ın penalti tələbinə belə cavb verdi

  • Bu gün 09:46
  • 0

Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Sabah” və “Qarabağ” komandaları arasında keçirilən cavab görüşü qalmaqalla yadda qaldı.

Ucnoqta.az xəbər verir ki, görüşün baş hakimi Rəvan Həmzəzadənin hakim idarəçiliyi geniş müzakirələrə səbəb olub.

Belə ki, Rəvan Həmzəzadə matçın son saniyələrində “Sabah” futbolçusunun cərimə meydançasında topa əllə toxunduğu anda penalti təyin etməyib. Bu qərar isə futbol ictimaiyyəti və azarkeşlər arasında narazılıqla qarşılanıb.

Bununla bağlı “Sabah” klubu video paylaşaraq "Qarabağ"la daha əvvəllər keçirilən qarşılaşma zamanı eyni epizod zamanı da hakim tərəfindən qeydə alınmamasını vurğulayıblar.

Həmin görüntüləri təqdim edirik: